Siyarto: Budapeşt Ukraynaya silah verməyib və mövqeyini dəyişmək niyyətində deyil

Siyarto: Budapeşt Ukraynaya silah verməyib və mövqeyini dəyişmək niyyətində deyil

Macarıstan NATO üzvü olan yeganə ölkə olaraq Ukraynaya silah göndərməyən və bu məqsədlə maliyyə ayırmayan dövlətdir.


Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto "RİA Novosti"yə müsahibəsində bildirib.


Diplomatın sözlərinə görə, Budapeştin bu məsələdəki mövqeyi dəyişməz qalacaq.


O əlavə edib ki, Macarıstan müharibənin əvvəlindən etibarən sülhün tərəfdarı olub və bu yanaşma hərbi təşəbbüslərdə iştirak etməyi istisna edir.

Xidmət.tv

Sorğu

Digər xəbərlər