İsrail səfiri: Azərbaycan artıq Yaxın Şərqdə də aktiv rol oynayır

Şuşanı ziyarət edən ilk İsrail səfiri oldum.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik fəaliyyətinin yekunlarına dair mətbuat konfransında bildirib.
O, azad edilmiş ərazilərdə, o cümlədən Ağdamda, Laçında aparılan bərpa-quruculuq işlərinə şahid olduğunu qeyd edib və əlavə edib ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib.
Diplomat Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən Gəncəyə raket atılmış ərazidə olduğunu da xatırladıb.
Corc Diki Azərbaycanı İsrail üçün etibarlı tərəfdaş kimi xarakterizə edib. O diqqətə çatdırıb ki, Azərbaycan artıq Yaxın Şərqdə də aktiv rol oynayır.