İsrail və Suriya nümayəndə heyətləri 25 ildən sonra ilk dəfə görüşüb

Son 25 ildə ilk dəfə İsrail və Suriya nazirləri arasında yüksək səviyyəli danışıqlar həyata keçirilib.
Bununla bağlı “Axios” portalı məlumat yayıb.
Görüşün Parisdə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barakın vasitəçiliyi ilə həyata keçirildiyi bildirilir.
Portalın məlumatına görə, danışıqlarda İsrailin strateji planlaşdırma naziri Ron Dermer və Suriya keçid hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əsad əl-Şeybani iştirak edib.
Dörd saat davam edən görüşdə əsas mövzu ölkələr arasında gərginliyin azaldılması olub.