Lerikdə 5 uşaq anası fəryad etdi!

Lerikdə 5 uşaq anası fəryad etdi!

Lerik rayonu Musavar kəndinin sakini Hüseynova Ülviyyə Söhbət qızı evinin qəzalı şəraitdə olması və heç bir aidiyyatı qurumun onlara kömək etməməsindən Sorgu.Tv-yə şikayətlənib.
O, bildirib ki, ev təbiət hadisələrindən sonra bu vəziyyətə düşüb. 5 uşaqla evdə yaşamağın dözümsüz olduğunu və sabahın əsgəri olacaq övladlarının sağlamlığından, həyatlarına yarana biləcək təhlükələrdən rahatsızlığını dilə gətirib.
Bir dəfə Lerik rayon İcra Hakimiyyətindən Qurbanəli adlı əməkdaş gəlib, akt yazıb gedib ,lakin onlara heç bir kömək göstərilməyib. Fövqəladə Hallar Nazirliyi gəlib baxsa da ,Ülviyyə xanımın şikayətlərini dinləməkdən yayınaraq oradan uzaqlaşıblar.
  Həyat yoldaşı Hüseynov Şəmsəddin Mirzəhüseyn oğlu psixoloji xəstə olduğundan normal işləyə bilmir və maddi durumları ağır olduğu üçün hazırda çarəsiz vəziyyətdədirlər.
Şikayətçi Ülviyyə Hüseynova aidiyyatı qurumlardan onların qəzalı evinin təmir olunaraq köməklik edilməsini istəyir.









Xidmət.tv

Sorğu

Digər xəbərlər