ABŞ Makronun Fələstini tanımaq təşəbbüsünü dəstəkləmir

Amerika Birləşmiş Ştatları Fələstin dövlətini tanımaq niyyətində olan Fransanı dəstəkləmir.
Bununla bağlı ABŞ dövlət katibi Marko Rubio “X” hesabında yazıb.
"Birləşmiş Ştatlar Fransa prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasında Fələstin dövlətini tanımaq planını qətiyyətlə rədd edir", - o bildirib.
Dövlət katibi Parisin qərarını ehtiyatsız adlandırıb və əlavə edib ki, bu, yalnız HƏMAS-ın təbliğatına xidmət edir.