Kreml avqustun sonuna qədər Putin və Zelenskinin görüşünün mümkünlüyünə münasibət bildirib

Kreml Putin və Zelenskinin görüşünün mümkünlüyünə münasibət bildirib.
Sorğu.tv TASS-a istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putinin avqustun sonuna qədər Ukrayna lideri Volodimir Zelenski ilə görüşü çətin ki, mümkün olsun.
Kreml rəsmisinin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında yüksək səviyyəli görüş nizamlanmaya son qoymalı və əldə edilmiş bütün razılaşmaları qeydə almalıdır.
“30 gün ərzində belə bir çətin prosesi keçmək mümkündürmü? Çətin ki”, - Peskov avqustun sonuna qədər Putin və Zelenskinin görüşünün mümkünlüyü ilə bağlı suala cavab verərkən vurğulayıb.
“Bizim mövqeyimiz çox yaxşı məlumdur, bizim mövqeyimiz Ukrayna tərəfinə verilmiş memorandum layihəsində öz əksini tapıb", - o əlavə edib.