Tailand-Kamboca sərhədində silahlı toqquşmalarda 15 nəfər ölüb, 46 nəfər yaralanıb

Tailand-Kamboca sərhədində silahlı toqquşmalar nəticəsində 15 nəfər həlak olub, 46 nəfər yaralanıb.
Tailandın Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, Kamboca ilə sərhəddə baş verən silahlı insidentlər nəticəsində azı 14 mülki şəxs və 1 hərbçi həyatını itirib, daha 46 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Nazirliyin məlumatına əsasən, Surin əyalətində 5, Sisaket əyalətində 9, o cümlədən 1 əsgər həlak olub. Ubon Raçathani əyalətində bir yerli sakin öldürülüb.
Qeyd edək ki, iyulun 24-ü səhər saatlarında Oddar Myeonq əyalətinin mübahisəli sərhəd bölgəsi yaxınlığında Kamboca-Tailand sərhədində silahlı toqquşmalar baş verib.