Tokayev: Bakı və İrəvan arasında sülh region üçün yeni imkanlar açacaq
Azərbaycan və Ermənistan arasında əldə olunmuş Vaşinqton razılaşmaları Cənubi Qafqazda və onun hüdudlarından kənarda hərtərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda bildirib.
"Hesab edirik ki, Azərbaycan və Ermənistanın sülh haqqında birgə bəyannamə imzalaması tarixi əhəmiyyətə malikdir və bu regionda və onun hüdudlarından kənarda hərtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır. Cənubi Qafqazda sabitliyi təmin edəcək tamformatlı sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edirik", - Tokayev qeyd edib.
Qazaxıstan Prezidenti Bakı və İrəvanın yaxın gələcəkdə yekun sülh sazişi imzalayacağına ümidvar olduğunu bildirib.
Xidmət.tv
Sorğu
14:30, 28 Avqust 2025
Sorğu: Dünyanın hansı nəhəng klublarının Qarabağla oynamasını istəyirsiniz?
10:42, 03 İyun 2025
Sorğu: Müğənnilərin toylara 10, 15 min manat və daha baha qiymətə aparılmasına dəyərmi?
10:01, 09 May 2025

