Tramp: Avropa liderləri Zelenski ilə birlikdə həftəsonu mənimlə görüşmək istəyirlər
"Avropa liderləri həftəsonu ABŞ-ın “sülh planı” ilə bağlı Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ nümayəndələri ilə birlikdə “vacib məsələləri” müzakirə etmək istəyirlər".
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbət zamanı danışıb.
Trampın sözlərinə görə, görüşdən əvvəl Avropa tərəfdaşları bir sıra məqamları dəqiqləşdirmək istəyirlər. ABŞ-ın dəvəti qəbul edib-etməyəcəyinə prezident cavab verməyib, lakin o bildirib ki, komandası vaxtı boş yerə sərf etmək istəmir.
"Onlar istəyirlər ki, biz həftəsonu Avropada keçiriləcək görüşə gedək və biz qərarı onların bizə nə təklif edəcəyindən asılı olaraq verəcəyik. Biz vaxtımızı boş yerə sərf etmək istəmirik. Avropalılar Zelenski ilə və bizimlə görüşmək istəyirlər", – o qeyd edib.
Xidmət.tv
Sorğu
14:30, 28 Avqust 2025
Sorğu: Dünyanın hansı nəhəng klublarının Qarabağla oynamasını istəyirsiniz?
10:42, 03 İyun 2025
Sorğu: Müğənnilərin toylara 10, 15 min manat və daha baha qiymətə aparılmasına dəyərmi?
10:01, 09 May 2025

