Yaponiyada daha bir güclü zəlzələ - Sunami xəbərdarlığı edildi
Yaponiyanın şimalındakı Aomori prefekturası sahillərində 6,7 bal gücündə zəlzələ olub.
Bu barədə Yaponiya Meteorologiya Agentliyi (YMA) açıqlama yayıb.
Bildirilib ki, təxminən 20 kilometr dərinlikdə baş verən zəlzələdən sonra ölkənin şimal və şimal-şərq bölgələri üçün sunami xəbərdarlığı verilib.
Qeyd edək ki, dekabrın 8-də Yaponiyanın Aomori prefekturasındakı Misava bölgəsi sahillərində 7,5 bal gücündə zəlzələ baş verib və 50 nəfər xəsarət alıb.
YMA yaxın günlərdə oxşar və ya daha yüksək bal gücündə afterşokların baş verə biləcəyi barədə xəbərdarlıq etmişdi.
Xidmət.tv
Sorğu
14:30, 28 Avqust 2025
Sorğu: Dünyanın hansı nəhəng klublarının Qarabağla oynamasını istəyirsiniz?
10:42, 03 İyun 2025
Sorğu: Müğənnilərin toylara 10, 15 min manat və daha baha qiymətə aparılmasına dəyərmi?
10:01, 09 May 2025

