Rəsmi Moskva İsrailin İrana zərbələrini pisləyib

Rəsmi Moskva İsrailin İrana zərbələrini pisləyib

Yaxın Şərqdə gərginliyin təhlükəli eskalasiyası ilə bağlı hədsiz narahatlığımızı bildiririk.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İsrailin İran ərazisinə endirdiyi zərbələrlə bağlı bəyanatında bildirilib.

Qeyd olunub ki, rəsmi Moskva iyunun 13-nə keçən gecə İsrail dövlətinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq həyata keçirdiyi hərbi əməliyyatı qətiyyətlə pisləyir:

“BMT-nin suveren üzvü olan dövlətə, onun vətəndaşlarına, yatmış dinc şəhərlərə və nüvə enerjisi infrastruktur obyektlərinə səbəbsiz hərbi zərbələr qəti şəkildə qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət sülhü məhv edən, regional və beynəlxalq təhlükəsizliyə xələl gətirən bu cür vəhşiliklərə biganə qala bilməz”.

Xidmət.tv

Sorğu

Digər xəbərlər