İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir

İsrail Müdafiə Qüvvələri (TSAXAL) İran ərazisindəki strateji hədəflərə zərbələr endirməyi davam etdirir.
"Report"un İsrailin 12-ci kanalına istinadən verdiyi məlumata görə, bunu ölkənin müdafiə naziri İsrael Kats bildirib.
"Qüvvələrimiz İrana hücum etməyi və plana uyğun olaraq strateji hədəflərə zərbələr endirməyi davam etdirir, İranın imkanlarına ciddi zərər vurur və İsrail Dövləti üçün təhdidləri aradan qaldırır", - deyə o bildirib.
Nazir həmçinin bildirib ki, İran hakimiyyəti İsrailin arxa cəbhəsinə atəş açmaqla "qırmızı xətləri keçib" və "bunun üçün yüksək qiymət ödəyəcək".