Xamenei müvəqqəti qərargah rəisi və Baş komandan təyin edib

İranın Ali Rəhbəri Əli Xamenei Həbibullah Səyyarini İran Silahlı Qüvvələrinin müvəqqəti qərargah rəisi, Əhməd Vəhidi isə İnqilab Keşikçiləri Korpusunun Baş komandanı təyin edib.
Bu barədə İran mediası məlumat yayıb.
Onlar İsrail hücumlarında öldürülən Məhəmməd Baqeri və Hüseyn Səlamini əvəz edəcək.