Çaylarda sululuq artıb

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, avtomat hidroloji stansiyaların iyunun 4-ü saat 9:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Əyriçayda 83 sm, Qarasuçayda 11 sm, Qudiyalçayda 9 sm, Vəlvələçayda 4 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 7 sm, Kürəkçay və Gəncəçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 5 sm, Həkəriçayda 4 sm, Tutqunçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Surrada 15 sm, Kür-Yevlaxda isə 2 sm artım qeydə alınıb.