Pakistanda daşqınlar bir gündə 54 nəfərin həyatına son qoyub

Pakistanın müxtəlif bölgələrində musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində son sutka ərzində 54 nəfər həyatını itirib.
Sorğu.tv Pakistanın Təbii Fəlakət Agentliyinə istinadən xəbər verir ki, daşqınlarda 227 nəfər xəsarət alıb.
Ölənlərin əksəriyyətinin Pəncab vilayətindən olduğu bildirilir.