ABŞ 150 kiçik ölkədən idxala 10-15% rüsum tətbiq etmək niyyətindədir

ABŞ 150-yə yaxın kiçik ölkədən idxal edilən mallara 10-15% idxal rüsumları tətbiq etməyi planlaşdırır.
Bu barədə Amerika prezidenti Donald Tramp bəyan edib.
“Biz qalan təxminən 150 kiçik ölkə üçün bir rəqəm elan edəcəyik. Yəqin ki, 10% və ya 15% olacaq. Biz hələ qərar verməmişik”, - deyə o qeyd edib.