Diplomatik korpus nümayəndələrinin Laçına səfəri başlayıb

Diplomatik korpus nümayəndələrinin Laçın rayonuna səfəri başlayıb.
Qonaqları Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər qarşılayıb.
İlkin olaraq nümayəndə heyətinə Laçın Hava Limanı haqqında ətraflı məlumat verib. Diplomatlar hava limanında yaradılmış şəraitlə yaxından tanış olublar.