İsrail ordusu: 60-dan çox döyüş təyyarəsi Tehranda onlarla hərbi obyektə hücum edib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus 60-dan çox döyüş təyyarəsi Tehranda onlarla hərbi obyektə hücum edib.
Bu haqda İsrail olrdusunun Mətbuat Xidməti məlumat verib.
“İranın Tehran bölgəsində bir neçə raket istehsalı obyekti gecə ərzində hücuma məruz qalıb”, - məlumatda deyilir.
Mətbuat katibi qeyd edib ki, hücuma məruz qalan hədəflər arasında raket komponentləri istehsal edən hərbi-sənaye obyektləri də var.