Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 50 milyard 99,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Sorğu.tv bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,9 % artıb.
ÜDM istehsalının 36,2 %-i sənaye, 9,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,2 %-i tikinti, 4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 21,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 %-i təşkil edib.
5 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM 4 896,1 manata bərabər olub.