Rusiya XİN: Bakıda regional müşavirədə Avropa ölkələri ilə münasibətlərin vəziyyəti təhlil edilib

Rusiya XİN: Bakıda regional müşavirədə Avropa ölkələri ilə münasibətlərin vəziyyəti təhlil edilib

İyunun 5-6-da Bakıda Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun iştirakı ilə Rusiyanın Qərbi və Şimali Avropa ölkələrindəki səfirlərinin regional müşavirəsi keçirilib.


Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, müşavirədə Avropa regionundakı vəziyyət, müasir çağırışlar və təhdidlər, eləcə də Rusiyaya qarşı aparılan hibrid müharibə kontekstində Avropa ölkələri ilə ikitərəfli münasibətlərin vəziyyəti ətraflı təhlil edilib. Müzakirə olunan məsələlərin geniş spektri üzrə gələcək üçün tövsiyələr formalaşdırılıb.


Müşavirədə təmsil olunan Rusiya xarici nümayəndəliklərinin fəaliyyəti, o cümlədən onların kadr və maddi-texniki təminatı məsələləri ətraflı müzakirə olunub.


Bakıya səfəri çərçivəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini A.Qruşkonu və Rusiyanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərlərini Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov qəbul edib. Söhbət zamanı bir sıra beynəlxalq və regional problemlər müzakirə olunub.


Rusiyalı diplomatlar Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri, Bakı və Azərbaycan yepiskopu Aleksi ilə görüşüblər.

Xidmət.tv

Sorğu

Digər xəbərlər