Tramp ABŞ-a idxal olunan polad və alüminiuma tətbiq olunan rüsumları 50% artırıb

ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal edilən polad və alüminium məhsullarına tətbiq olunan gömrük rüsumlarının 50% artırılması barədə fərman imzalayıb.
Ağ Evin yaydığı rəsmi məlumatda bildirilib ki, qərarın məqsədi Amerika polad sənayesinin müdafiəsi və milli təhlükəsizliyin təmin edilməsidir.
Həmçinin, bu addımın ABŞ iqtisadiyyatının güclənməsinə və “qızıl dövr”ün başlanmasına xidmət edəcəyi bildirilib.