AFFA iki futbolçunu 4, bir baş məşqçini 5 oyunluq diskvalifikasiya edib

AFFA iki futbolçunu 4, bir baş məşqçini 5 oyunluq diskvalifikasiya edib

AFFA iki futbolçunu 4, bir baş məşqçini 5 oyunluq diskvalifikasiya edib.


Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.


AFFA Gənclər Liqasında keçirilən "Universal Football Academy" - "Səbail" oyununda meydan sahiblərinin futbolçusu Raul İzzətov 90-cı dəqiqədə hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.


1 iyun 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Sumqayıt FK-Kəpəz PFK oyununda Sumqayıt FK komandasının heyətində N19 futbolçu İlkin Məmmədov qarşılaşmanın 74-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 40.3);


31.05.2025-ci il tarixində AFFA U-13 Qızlar Liqasının yarımfinal cavab oyunu “Səbail PFK-Sumqayıt PFK” oyununun 30-cu dəqiqəsində Sumqayıt PFK komandasının baş məşqçisi Sabir Mütəllimov texniki zona qaydalarını kobud şəkildə pozduğuna, 1ci köməkçi hakimə qeyri-etik jestlər etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalansın (maddə 43.4)

Xidmət.tv

Sorğu

Digər xəbərlər