Türkiyə sahillərində 5,8 bal gücündə zəlzələ olub, ölən və yaralananlar var (YENİLƏNİB)

Türkiyə sahillərində 5,8 bal gücündə zəlzələ olub, ölən və yaralananlar var (YENİLƏNİB)

Türkiyə sahillərində baş verən güclü zəlzələ nəticəsində yaralananların sayı 69 nəfər çatıb.


Bu barədə Muğla vilayətinin valisi İdris Akbıyık bildirib.


Onun sözlərinə görə, hadisə nəticəsində 55 nəfər xəstəxanaya müraciət edib, 14 nəfərə isə yerindəcə tibbi yardım göstərilib.


Muğla valisi əlavə edib ki, zəlzələ zamanı panik atak keçirərək xəstəxanaya çatıdırlan 14 yaşlı uşaq həkimlərinə səylərinə baxmayaraq həyatını itirib.


Qeyd edək ki, Egey dənizində 5,8 bal gücündə zəlzələ olub.


xxx


05:02


Türkiyə sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.


Bu haqda Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.


Məlumata əsasən, yeraltı təkanların episentri Egey dənizində, Muğla vilayətinin Marmaris rayonundan 10,43 km məsafədə yerləşib. Zəlzələnin ocağı 67,91 km dərinlikdə olub.


Muğla valisi İdris Akbıyık bildirib, zəlzələdən sonra çaxnaşma içində hündürlükdən tullanaraq 34 nəfər xəsarət alıb.


O əlavə edib ki, hadisə nəticəsində Marmarisdə iki binada çatlar əmələ gəlib.

Xidmət.tv

Sorğu

Digər xəbərlər