Tramp administrasiyası gömrük rüsumlarını saxlamaq üçün "B planı" hazırlayır

Tramp administrasiyası gömrük rüsumlarını saxlamaq üçün "B planı" hazırlayır

ABŞ Prezidenti Donald Trampın administrasiyası gömrük rüsumlarının məhkəmə qərarından asılı olmayaraq saxlanılmasına imkan verəcək alternativ strategiya – "B planı" üzərində işləyir.


Bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb.


Məlumata görə, yeni strategiya ABŞ-ın 1974-cü il Ticarət Qanununun bəzi müddəalarına əsaslanır.


Həmin müddəalara əsasən, Tramp digər ölkələrlə ticarət balansındakı uyğunsuzluqlarla mübarizə bəhanəsi ilə 150 gün müddətinə 15%-ə qədər gömrük rüsumları tətbiq edə bilər.

Xidmət.tv

Sorğu

Digər xəbərlər