“Çelsi” UEFA Konfrans Liqasının qalibi olub

İngiltərənin “Çelsi” komandası UEFA Konfrans Liqasının finalında İspaniya təmsilçisi “Betis”i darmadağın edərək Avropanın üçüncü dərəcəli klub turnirinin qalibi olub.
Matç Polşanın Vrotslav şəhərində baş tutub.
“Zadəganlar”ın qollarını Entso Fernandes, Nikolas Cekson, Ceydon Sanço və Moyzes Kaysedo vurub. İspaniya komandasının heyətində isə Abde fərqlənib – 1:4.
Beləliklə, “Çelsi” ilk dəfə Konfrans Liqasının çempionu olub. Daha əvvəl London klubu Çempionlar Liqasını və Avropa Liqasını iki dəfə qazanıb.
Xatırladaq ki, 2023-cü ildə Londonun digər klubu sözügedən turnirin qalibi olmuşdu.