RF MN: Rusiya qoşunları döyüş əməliyyatlarını dayandırıb

RF MN: Rusiya qoşunları döyüş əməliyyatlarını dayandırıb

Rusiya qoşunlarının bütün qrupları 8 may saat 00:00-dan etibarən döyüş əməliyyatlarını tam dayandırıb.


Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Qələbənin 80 illiyi günlərində atəşkəs elan edərək, Rusiya ordusunun mayın 8-i saat 00:00-dan mayın 11-i saat 00:00-dək döyüş əməliyyatlarını dayandıracağını bildirib.


Buna cavab olaraq Ukrayna Prezidenti Volodimir Zelenski üç günlük atəşkəs əvəzinə 30 günlük atəşkəsdə təkid edib.

Xidmət.tv

Sorğu

Digər xəbərlər