Tramp iyulun 14-də Rusiya ilə bağlı mühüm bəyanat verəcək

ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Rusiya ilə bağlı ciddi bəyanatla çıxış edəcəyinə söz verib.
Bu barədə ABŞ Prezidenti "BC News" telekanalına müsahibəsində bildirib.
"Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı böyük bir açıqlama verəcəyəm", - o deyib. Amerika lideri qarşıdakı bəyanatın məzmunu ilə bağlı hər hansı təfərrüatlar verməkdən imtina edib. "Rusiya ilə bağlı məyus oldum. Önümüzdəki bir neçə həftə ərzində nə olacağını görəcəyik", - Tramp əlavə edib.