Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.


 Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,53 ABŞ dolları və ya 0,7% artaraq 76,02 ABŞ dolları təşkil edib.


Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 75,49 ABŞ dolları idi.


Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xidmət.tv

Sorğu

Digər xəbərlər