İlham Əliyev: ECO-nun Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var

İlham Əliyev: ECO-nun Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var

Bugünkü Zirvə görüşünün (ECO-nun 17-ci Zirvə görüşü – red.) Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var.


Bu sözləri Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı söyləyib.


Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirildiyini xatırladan dövlətimizin başçısı bildirib: “2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim”.

Xidmət.tv

Sorğu

Digər xəbərlər