XİN rəhbəri Çinin Rusiyanın məğlubiyyətini istəmədəyini Kallasın diqqətinə çatdırıb

Çin Rusiyanın Ukrayna müharibəsində məğlub olmağını istəmir.
Sorğu.tv “South China Morning Post” qəzetinə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ Aİ-nın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla görüşündə deyib.
Xəbərdə qeyd olunur ki, Çin XİN rəhbəri bildirib ki, Rusiyanın müharibədə məğlub olacağı təqdirdə, ABŞ-ın bütün diqqəti Çinə yönələcək.
Van İ Çinin Rusiyanı maddi-texniki baxımdan dəstəkləmədiyini vurğulayıb və əlavə edib ki, əgər belə bir şey olsaydı, Rusiya çoxdan müharibədə qalib gələrdi.