İranda İsrailin xeyrinə casusluqda şübhəli bilinən 26 nəfər həbs olunub

İranda İsrailə casusluq etməkdə təqsirləndirilən 26 nəfər həbs olunub.
Bu barədə “Fars” İnformasiya Agentliyi xəbər yayıb.
Bildirilib ki, bu ölkə ilə İsrail arasında gərginliyin yarandığı 13 iyun tarixindən eyni ittihamla saxlanılanların sayı 700 nəfərə çatıb.