ABŞ və Çin ixrac məhdudiyyətlərinin bir hissəsinin ləğvinə dair planı razılaşdırıblar

ABŞ və Çin ixrac məhdudiyyətlərinin bir hissəsinin ləğvinə dair planı razılaşdırıblar

ABŞ və Çin nümayəndələri Londonda keçirilən danışıqlar zamanı ikitərəfli ticarətdə məhdudiyyətlərin qismən aradan qaldırılması və nadir torpaq metallarının Çindən tədarükünün təmin edilməsi üzrə razılaşmaların icrası üçün fəaliyyət planını razılaşdırıblar.


Bu barədə ABŞ-ın ticarət naziri Hovard Latnik jurnalistlərə bildirib.


“Biz Cenevrə konsensusunun icrasına dair çərçivə razılaşmasına nail olduq”, – deyə nazir bildirib.


Latnikin sözlərinə görə, tərəflərin razılaşdırdığı fəaliyyət planı ABŞ Prezidenti Donald Trampa və Çin Xalq Respublikasının Sədri Si Cinpinə təqdim olunacaq.

Xidmət.tv

Sorğu

Digər xəbərlər