Çində torpaq sürüşməsi nəticəsində ölən və yaralananlar var

Çinin cənub-qərbində yerləşən Quyçjou əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində dörd nəfər həlak olub, daha 17 nəfər itkin düşüb.
Bu barədə Sorğu.tv “Reuters” agentliyinə istinadən xəbər verir.
Xilasetmə əməliyyatlarında iştirak etmək üçün hadisə yerinə hərbçilər göndərilib.
Hakimiyyət orqanları yaxınlıqdakı ərazilərdə mümkün geoloji fəlakətlər barədə xəbərdarlıq edib.