Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı güllələnərək öldürülüb

Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı güllələnərək öldürülüb

ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb.


Bu barədə "CBS News" telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.


İnsident yerli vaxtla saat 21:15 radələrində (Bakı vaxtı ilə cümə axşamı 05:15) baş verib.


Telekanalın məlumatına görə, səfrilik əməkdaşları paytaxtdakı Yəhudi Muzeyində keçirilən tədbirdən çıxdıqları zaman atəşə tutulublar.

Xidmət.tv

Sorğu

Digər xəbərlər