Zaxarova: Rusiya İstanbulda ciddi danışıqlara köklənib

Zaxarova: Rusiya İstanbulda ciddi danışıqlara köklənib

“Rusiya İstanbulda ciddi danışıqların aparılmasına köklənib”.


Sorğu.tv  RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.


O deyib ki, Kreml rəhbəri Vladimir Putinin müzakirələrlə bağlı təklifinin kökündə münaqişənin ilkin səbəblərinin aradan qaldırılması, habelə uzunmüddətli və dayanıqlı sülhün təminatıdır.


O eyni zamanda ölkəsinin danışıqlarda iştirak edəcək nümayəndə heyətinin artıq İstanbulda olduğunu açıqlayıb.

Xidmət.tv

Sorğu

Digər xəbərlər